CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 47 nəfər saxlanılıb.