SİYASƏT


“Əl Cəzirə” telekanalında azərbaycanlı ailələrin doğma yurdlarına qayıtması barədə reportaj yayımlanıb

“Əl Cəzirə” telekanalında azərbaycanlı ailələrin 30 ildən artıq müddətdən sonra işğaldan azad olunmuş doğma yurdlarına qayıtması barədə reportaj yayımlanıb.AZƏRTAC xəbər verir ki, telekanalın reportyoru Çarlz Stratford tamaşaçıların diqqətinə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin məğlub olaraq işğalda saxladıqları və dağıtdıqları Azərbaycan kəndlərini tərk etdikləri çatdırılıb. Reportajda Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanovun Ağalı kəndinin sakinlərinin qayıdışı və buradan dünyaya sülh çağırışları barədə fikirləri yer alıb.