Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Ərzurum Atatürk Universitetində güclü yanğın olub

20.09.2022 [17:48]

Xəbərin mətni

Türkiyənin Ərzurum Atatürk Universitetində güclü yanğın baş verib.AZƏRTAC xəbər verir ki, yanğın xəstəxananın yeməkxanasında baş verib. Güclü külək yanğının sürətlə yayılmasına səbəb olub. Əraziyə çox sayda yanğınsöndürən və xilasedici dəstə cəlb olunub.