Nigeriyada daşqınlar nəticəsində 100 mindən çox insan evsiz qalıb
20.09.2022 [20:57]
Nigeriyada güclü yağışların yaratdığı daşqınlar nəticəsində paytaxt Abuca ilə yanaşı, 29 ştatda 100 mindən çox insan evsiz qalıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, sel fəlakətləri nəticəsində 500-dən çox insan xəsarət alıb, fəlakət 500 mindən çox insana mənfi təsir göstərib.