SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaranması üçün tarixi fürsət pəncərəsi açılmışdır. Türkiyə olaraq Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən prosesləri dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox mühüm addımlar atırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.