Antalya sahillərində 283 miqrantın həyatı xilas edilib
21.09.2022 [10:41]
Xəbərin mətni
Türkiyənin Antalya bölgəsində dəniz sularında 283 miqrantın həyatı təhlükədən xilas edilib.
AZƏRTAC xəbər verir ki, miqrantların olduğu qayıq batmaq təhlükəsi ilə üzləşib. Türkiyənin sahil təhlükəsizlik qüvvələri onları xilas edərək limana çıxardıb. Faktla bağlı araşdırma aparılır.