DÜNYA


Türkiyədə əsəb xəstəliyi olan qadın evini yandırdı

Türkiyənin Antalya şəhərində əsəb gərginliyi yaşayan qadın yaşadığı mənzilə od vurub. Bununla da kifayətlənməyən şəxs evinin şüşələrini sındırıb, evdəki əşyaları həyətə atıb. Polis insidentə müdaxilə edərək qadını mənzilindən çıxarıb. Yanğınsöndürənlər alovun digər mənzillərə keçməsinin qarşısını alıblar.