Sosial şəbəkələrdə “şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan şəxs müəyyən olunub
21.09.2022 [16:30]
Xəbərin mətni
Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.Faktla bağlı araşdırmalar davam etdirilir.