CƏMİYYƏT


Yeni yol Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək – AZƏRTAC Laçından xəbər verir

Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası sürətlə davam etdirilir.