Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi Dəniz Qüvvələrində keçirilən komanda-qərargah təlimi başa çatıb

22.09.2022 [18:01]

Xəbərin mətni

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən komanda-qərargah təlimi başa çatıb.
Təlimin planına uyğun olaraq həyəcan siqnalı ilə limandan ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda lövbərə duraraq enerji infrastrukturlarının mühafizəsini təşkil ediblər.