Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb

24.09.2022 [13:39]

Xəbərin mətni

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.