DÜNYA


Skuterlə liftə minməyin qorxunc nəticəsi

Rusiyanın Krasnodar şəhərində baş verən qorxunc hadisənin görüntüləri yayılıb. Məlumata görə, kişi skuterində nasazlıq aşkar edib və onu emalatxanaya təhvil vermək qərarına gəlib. Liftdə olanda isə batareya alışıb. Sonda o, liftdən çıxa bilsə də, dərisinin 60%-i yanıb. Zərərçəkmiş 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Liftə də ciddi ziyan dəyib.