CƏMİYYƏT


Cəbrayıl rayonunun Süleymanlı kəndi

Cəbrayıl rayonunun Süleymanlı kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.Süleymanlı kəndində XIX əsrə aid məscid olub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.Vətən müharibəsində düşmənə dağıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da kəndi işğaldan azad edib.AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Süleymanlı kəndinin görüntülərini təqdim edir.