CƏMİYYƏT


Saatlıda 60 min hektara yaxın sahə suvarılıb

Saatlı rayonunda hər il olduğu kimi, bu il də suvarma normalara uyğun olaraq aparılıb və artıq başa çatdırılıb.Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Saatlı Suvarma Sistemləri İdarəsi 60 min hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunan sahəyə xidmət edir. İdarə sahələrin suvarılmasını ümumi uzunluğu 1400 kilometrdən artıq olan suvarma kanalları, 2000-dən çox sayı olan hidrotexniki qurğu, 61 ədəd nasos aqreqatı və digər köməkçi vasitələrlə təmin edir.