Azərbaycan Dövlət İnformasiya Agentliyi

İjevsk məktəbində qətliam törədən şəxsin kimliyi məlum olub

26.09.2022 [15:38]

Xəbərin mətni

Rusiyanın İjevsk şəhərindəki məktəbdə qətliam törədən şəxs həmin təhsil ocağının məzunudur.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə odlu silahdan atəş açaraq 13 nəfəri qətlə yetirən şəxs həmin təhsil ocağının məzunu, 34 yaşlı Artyom Kazantsevdir.