CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır