SİYASƏT


Vyanada “Qəlbim Qarabağdadır” adlı sərginin açılışı olub

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı “Qəlbim Qarabağdadır” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “Arts Council Azerbaijan” təşkilatının birgə keçirdiyi sərgidə “Şuşa İli” çərçivəsində 8-15 yaşlı uşaqların Qarabağa həsr etdikləri rəsm əsərləri nümayiş olunub.