CƏMİYYƏT


Bakıda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən İran vətəndaşı saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İran vətəndaşı Hossein Bolhassani tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 3 kiloqram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.