Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb

27.09.2022 [14:51]

Xəbərin mətni

Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.
Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri şəhidlərimizin məzarına gül dəstələri düzüblər. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.