CƏMİYYƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Yevlaxda ehtiramla anılıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Yevlax Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək, xatirələrinə ehtiramlarını bildiriblər. Sonra ağacəkmə aksiyası keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır