CƏMİYYƏT


Silsilə oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən bir neçə oğurluq hadisəsini törədən və nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Tədbir zamanı əvvəlcə Səbail rayonunda avtomobillərdən, mağazalardan və digər iaşə obyektlərindən oğurluqlar edən Şəhrur Dadaşov, Taləttin Əhmədov, Elxan İsayev tanışı Kamal Quliyev və Rasim Abdurəhmanov saxlanılıblar. Bu şəxslərin Səbail rayonu və paytaxtın digər ərzilərində 5 obyektdən və avtomobildən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslərdən biri - Rasim Abdurəhmanov isə Səbal rayonunda dəyəri 2000 manat olan bir ədəd moped oğurladığı üçün saxlanılıb.