CƏMİYYƏT


Qazaxda şəhidlərimizin xatirəsinə yürüş təşkil olunub, ağacəkmə aksiyası keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da silsilə tədbirlər təşkil olunub, şəhidlərimizin xatirəsinə həsr edilmiş yürüş və ağacəkmə aksiyası keçirilib.
Gənclərin və rayon sakinlərinin iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin qarşısından start götürən yürüş Heydər Əliyev prospekti boyunca şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanınadək davam edib. Əllərində üçrəngli Azərbaycan Bayrağı tutmuş yürüş iştirakçıları şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır