SİYASƏT


Azərbaycanın İtaliyadakı səfirliyində Anım Günü qeyd edilib

Azərbaycanın İtaliyadakı səfirliyində 27 Sentyabr - Anım Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, səfirlik əməkdaşları və Azərbaycan icmasının üzvləri əvvəlcə səfirliyin binasının qarşısındakı xatirə lövhəsinin önünə gül dəstələri düzüblər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.