SİYASƏT


Madriddə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.