27 Sentyabr - Anım Günü münasibətilə Aqrar Universitetdə silsilə tədbirlər təşkil edilib
28.09.2022 [10:09]
Xəbərin mətni
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin bütün tədris korpuslarında dərslərin ilk 15 dəqiqəsində şəhidlərin əziz xatirəsi yad olunub, tələbələrə Vətən müharibəsinin tarixi əhəmiyyəti və əldə etdiyimiz uğurlar barədə məlumat verilib.