SİYASƏT


Parisdə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Parisdəki Azərbaycan səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin əməkdaşları 27 Sentyabr- Anım Günü ilə əlaqədar mərasim keçiriblər.AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirliyində keçirilmiş 27 Sentyabr - Anım Günü mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.