Xalqımızın Vətən sevgisi ərazilərimizin işğaldan azad olunmasında mühüm rol oynayıb
28.09.2022 [11:17]
Xəbərin mətni
Xocavənd rayonu üzrə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib, rayonun Zəfər Şəhidlərinin Xatirə Kompleksinə yürüş təşkil olunub.Anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların, idarə və müəssisələrin kollektivlərinin əməkdaşları, əmək və müharibə veteranları iştirak ediblər.