CƏMİYYƏT


Xətai rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq edərək alan şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən yaşadığı evin qarşısından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 3200 manat dəyərindəki qızıl boyunbağını dartaraq hadisə yerindən uzaqlaşdığını bildirib.