SİYASƏT


Səfir Nəsimi Ağayev etimadnaməsini Almaniya Prezidentinə təqdim edib

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Almaniya Prezidenti səfirlə söhbət edib. Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər.