DÜNYA


Serbiyada Balkan Tekstil Sərgisi açılıb

Serbiyanın paytaxtı Belqradda 10-cu Balkan Tekstil Sərgisi keçirilir.AZƏRTAC xəbər verir ki, Belqrad Sərgi Mərkəzində təşkil olunan sərgidə Çin, Portuqaliya, Türkiyə və Serbiya şirkətləri tekstil sənayesinin yeniliklərini təqdim edirlər. Sərgidə tekstil məhsulları ilə yanaşı, bu sektorda istifadə edilən ən yeni texnikalar da nümayiş olunur.Sərgi oktyabrın 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır