CƏMİYYƏT


Qubada narkotik dövriyyəsinə qarşı əməliyyatlarda 9 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınmasında və satılmasında şübhəli bilinən rayon sakinləri Nazim Əzizov, Təyyar Mirzəyev, Elçin Əliyev və Xaçmaz rayon sakini Mehdi Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərilərinə və yaşadıqları evlərə baxış keçirilən zaman ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə - marixuana aşkarlanaraq götürülüb.