Azərbaycan Dövlət İnformasiya Agentliyi

İraqda 4 mərtəbəli bina uçub

01.10.2022 [18:03]

İraqın paytaxtı Bağdad şəhərində 4 mərtəbəli bina uçub. İraq Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada bölgəyə axtarış-xilasetmə qruplarının göndərildiyi və dağıntılar altından 13 nəfərin xilas edildiyi bildirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.