Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

03.10.2022 [09:59]

Xəbərin mətni

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Yaşar Sadıqov, Elşad Həsənov, Vüqar Nəcəfov, Həsənağa Abdullazadə, Vüqar Babayev və İmran Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.