Ağsuda evdən oğurluq edən şəxslər tutulub
03.10.2022 [10:21]
Xəbərin mətni
Ağsu şəhəri ərazisində yerləşən evdən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ümumi dəyəri 5 min manata yaxın olan müxtəlif məişət əşyalarının, tikinti materiallarının və avtomobilin ehtiyat hissələrinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.