CƏMİYYƏT


“Dəmir yumruğ”un Suqovuşan zərbəsi

Bu gün Suqovuşan qəsəbəsinin və Talış kəndinin rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən 2 il ötür.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq-dövlət-ordu birliyi - “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona ağır məğlubiyyət yaşatdı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərlə möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.