CƏMİYYƏT


Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlər nəticəsində 3 ədəd avtomat, 1 ədəd pulemyot, 48 ədəd əl qumbarası, 1 ədəd mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.