Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekvadorda məhbuslar həbsxanada qiyam qaldırdılar

04.10.2022 [14:15]

Ekvadorun şimal şərqində yerləşən Latakunqa şəhərində həbsxanada cəza çəkən məhkumlar qiyam qaldırıblar. Hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb. Qarşıdurmadan istifadə edən məhbuslar həbsxanadan qaçmağa çalışıblar. Hadisəni əks edən görüntülər sosial şəbəkələrdə yayılıb.