CƏMİYYƏT


İsmayıllı sakini həmkəndlisini bıçaqlayıb

İsmayıllıda şəxsi münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə rayonun Xanagah kəndində olub. Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Mübariz oğlu Fətəliyevi bıçaqlayıb. Bədənin 4 nahiyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan Nihadın vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.Hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır