Şimali Koreya daha bir ballistik raket buraxıb
04.10.2022 [16:28]
Xəbərin mətni
Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 4-də daha bir ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilometr hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib.