Siyasi ekspert: Cənubi Qafqazda sülhün olmamasına görə məsuliyyət daşıyan tərəf Ermənistandır
05.10.2022 [13:52]
Xəbərin mətni
Sülh müqaviləsinə uyğun olaraq dövlət sərhədi dəqiq müəyyən edilməsə, Ermənistanla Azərbaycan arasında hərbi toqquşma davam edəcək.AZƏRTAC xəbər verir ki, bu fikirləri azərbaycanlı siyasi ekspert, analitik Orxan Amaşov oktyabrın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) dəstəyi, ATƏT-in fəaliyyətdə olan Sədrliyinin təşkilatçılığı ilə keçirilmiş İnsan Ölçüsü üzrə Varşava Konfransında çıxışı zamanı səsləndirib.