Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb
05.10.2022 [17:11]
Xəbərin mətni
Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Mərdəkan və Binə qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyatlar nəticəsində Sahib Əliyev və Vüqar Bayramov tutularaq istintaqa təqdim ediliblər.