Siyəzəndə yük avtomobili minik maşını ilə toqquşub
06.10.2022 [09:52]
Xəbərin mətni
Siyəzəndə yük avtomobili minik maşını ilə toqquşub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Gilgilçay qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin “VAZ-2109” toqquşması nəticəsində minik maşını iki yerə bölünüb. Qəza zamanı “VAZ-2109” sürücüsü xəsarət alıb. Yaralı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.