Xarici ölkələrin hərbi attaşeləri Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baxış keçiriblər
06.10.2022 [12:49]
Xəbərin mətni
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbi attaşelər kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baxış keçiriblər. Onlar ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlər barədə ətraflı məlumatlandırılıblar.