CƏMİYYƏT


Kamran Əliyev: Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edirlər

Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.