CƏMİYYƏT


Yüksək gərginlikli elektrik hava xətlərinin metal hissələrini oğurlayan şəxslər saxlanılıblar

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən yüksək gərginlikli strateji əhəmiyyətli hava xətlərinin metal dayaqları müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanıb. Elektrik dayaqlarının Abşeron rayonu ərazisindən keçən hissəsində baş verən oğurluq paytaxtın enerji təminatını təhlükə altına atıb. Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılaraq istintaqa təqdim ediliblər.