CƏMİYYƏT


İlqar Səfərov: Fərrux, Daşaltı və Edillidə aşkarlanmış kütləvi məzarlıqlar ermənilərin törətdiyi hərbi cinayətlərin birbaşa sübutudur

Ermənistan silahlı qüvvələri tərəfindən Cenevrə Konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.AZƏRTAC xəbər verir ki, bu barədə ermənilərin 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib.