DÜNYA


Krım körpüsündə yük avtomobili partladılıb

Krım körpüsündə yük maşınının partladılması nəticəsində yanacaq daşıyan qatarın yeddi çənində yanğın baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə bu gün Kiyev vaxtı ilə səhər saat 06:07-də RusiyanınTamansk yarımadasını Krımla birləşdirən körpüdə baş verib. Nəticədə Krıma doğru hərəkət edən qatarın yeddi yanacaq çəni alışıb. Həmçinin körpünün bir hissəsi dağılıb. Xəsarət alan olmayıb.