CƏMİYYƏT


YADDAŞ : 2020-ci il 8 oktyabr. Düşmən Gəncəni yenidən hədəf aldı - mülki obyektlərə, yaşayış binasına və bir avtomobilə ziyan dəydi

Ermənistan silahlı qüvvələri iki il öncə, oktyabrın 8-də saat 4 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutdu. Raket zərbələri nəticəsində şəhər ərazisində bir neçə mülki obyektə, yaşayış binasına, 1 avtomobilə ziyan dəydi. Xoşbəxtlikdən ölən və yaralanan olmadı.AZƏRTAC raket atəşindən sonra hadisə yerindən hazırlanan videoreportajı təqdim edir.