CƏMİYYƏT


Hadrutun işğaldan azad edilməsi Azərbaycan Ordusuna Zəfərə gedən yolda strateji üstünlük qazandırdı

Qırx dörd günlük Vətən müharibəsinin hər bir günü Azərbaycan xalqı üçün əlamətdar oldu. Çünki rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən işğalından azad edirdi. Dövlətimizin başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını belə təsvir edirdi: “Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər”.