SİYASƏT


YADDAŞ: 2020-ci il 9 oktyabr. Düşmən Ağdamın işğal altında olmayan kənd və qəsəbələrini artilleriya atəşinə tutub – dinc sakinlər hədəf alınır

Vətən müharibəsi: Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Ağdam rayonunun işğal altında olmayan kənd və qəsəbələrinin artilleriya atəşinə məruz qalması nəticəsində yaşayış evlərinə, yardımçı binalara, məktəblərə, mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyib, vətəndaşlara məxsus ev heyvanları tələf olub.